Hacıqabulda məmurların qanunsuz hərəkətləri ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.
Paytaxt.org-un xəbərinə görə, hüquq mühafizə orqanları Hacıqabul rayonunda COP29 -la bağlı yerli məmurların qanunsuz əməllərin ifşa edib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məlumat verilməsə də, icra hakimiyyətində ciddi araşdırmaların aparıldığı deyilir.
Gələn məlumatlarda o da iddia olunub ki, əməliyyata bir digər səbəb COP29 tədbirlərinin keçirildiyi günlərdə, icra başçısının sahib olduğu daş karxanalarının müvəqqəti fəaliyyətinin dayandırılmasına baxmayaraq gizli işlədilməsidir.
Bildirək ki, əməkdaşımızın məsələ ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxlamağı mümkün olmayıb. Yayılan iddianın nə qədər həqiqət olduuğunu deyə bilmərik, məlumatı dəqiqləşdirməyə çalışırıq.
Bizi izləyin!
Paytaxt.org
Nisə Aslanlı