Analiz

Sahələr üzrə orta maaş

post-img

2024-cü il iyulun 1-nə Azərbaycanda 4 milyon 996,5 min məşğul şəxs, 1 milyon 749,4 min muzdlu işçi, 213,6 min işsiz qeydə alınıb.

Dövlət Statistika Komitəsi iyunun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 1003,3 manat göstərib. Hesabata görə, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:

mədən sənayesi – 3759,9 manat;
maliyyə və sığorta fəaliyyəti – 2996,1 manat;
informasiya və rabitə – 1723,8 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1720,2 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1365,1 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1355,8 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1109,7 manat;
tikinti – 1071,7 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1058,6 manat;
emal sənayesi – 901,3 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 844,7 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 747,7 manat;
təhsil – 744,1 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 732 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 714,2 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 670,7 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 602,8 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 563,3 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1169,3 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.

BİA.az

Oxşar xəbərlər