Bu sözləri siyasi şərhçi Asif Nərimanlı Borçalıda bir qrupun əllərində Taleh Bağırzadənin fotosu ilə aksiya keçirmələrinə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, İran hələ 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində Qum və Məşhəddən Borçalıya dini emissarlar göndərir, şərtlərin yaranmasına hazırlaşırdı:
“Bölgədə Azərbaycanın dini təsirini İranın əvəzləməsində Gürcüstanın da öz maraqları var. 2018-ci ildə bu mövzuları bir az araşdırmışdım. Hələ o vaxt Borçalı bölgəsində İranın şeyx düzəltdiyi Mirtağı Əsədovun rəhbərliyində 500-dən çox aktiv iştirakçı var idi, indi sayları bir qədər də artıb. M.Əsədov 2011-ci ildə – proses başlayanda Azərbaycan vətəndaşlığından imtina edərək, Gürcüstan vətəndaşlığını qəbul etdi və sonra baş verənlər hər şeyin illərlə hazırlanan planın parçası olduğunu üzə çıxarır. Bölgədə dini təsirin itirilməsi Azərbaycanın ciddi strateji səhvi idi. Bundan sonra Borçalıya yenidən qayıtmaq da asan görünmür”.