Abşeron rayonunda son zamanlar qanunsuz tikinti aparılması ilə bağlı sosial platformada və xəbər saytlarında məlumatlar,videogörüntülərin yayılması hələ də səngimək bilmir.
Paytaxt.org xəbər verir ki, Xırdalan şəhər 28-ci məhəllədə bir neçə yaş ağac kəsilərək qanunsuz tikinti aparılır.
Məlumatda bildirilir ki, Abşeron RİH tərəfindən Xırdalan şəhər 28-ci məhəllədə, 2 saylı məktəbin qarşısında sözügedən tikintiyə yaşıl işıq yandırılıb. Daxil olan məlumatda, şirkət və fərdi tikinti sahibi eləcə də sahibkarla özəl qaydalarla anlaşan İH-nin vəzifə sahibləri qanunsuz inşa işləri aparılmasına həmin anlaşmaya görə göz yumması deyilir. Bildirilir ki, nəticədə də yaşılıq məhv edilir, tikinti aparan sahibkar yaxın ətraf ərazilərdə nəqliyyat infrastrukturuna da ciddi zərər vurulmaqdan çəkinilmir. Baş verənlərlə bağlı yuxarıdan razılıq alındığı üçün şəhər meri də olaylara seyirci qalmaqdadı. Bunlarla yanaşı ərazidə kəsilən yaş ağaclarla bağlı da 11 saylı RETSİ olanları görməzdən gəlməsi işin içində ciddi maraq anlaşmasının olduğu idda edilir.
Məsələ ilə bağlı Abçeron rayon icra hakimiiyyətində heç bir məlumat ala bilmədik. Həçinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən eləcə də 11 saylı RETSİ- dən höküm sürən problemlə bağlı münasibət öyrənmək mümkün olmadı.
Qurumlarında mövzu ilə bağlı mövqeyini dərc etməyə hazırıq.