Türkiyənin Milli Müdafiə Nazirliyi Moskvada Rusiya hərbi idarəsinin nümayəndə heyəti ilə “taxıl problemi”nin müzakirə olunduğu danışıqların “konstruktiv və müsbət” olduğunu bildirib.
“Dünən Moskvada ərzaq böhranının həlli və Ukrayna limanlarında taxıl gözləyən gəmilərin boşaldılması məqsədilə Türkiyə və Rusiya hərbi nümayəndə heyətlərinin görüşü baş tutub. Görüş konstruktiv və çox müsbət atmosferdə keçib”, – Türkiyənin hərbi idarəsindən RİA Novosti-yə bildiriblər.