Ekologiya

“Kimsə ağacın quru budağını kəsəndə ya cərimələyirlər, ya da rüşvət alırlar”- EKOLOQ CAVABDEH VƏZİFƏLİLƏRİ TƏNQİD ETDİ /VİDEO

post-img

Paytaxt.org bildirir ki, başkətdə yaşanan ekoloji problemlərlə bağlı həm yerli sakinlər, həm də ekoloqlar çox ciddi iradlar bildiriblər. Biz media olaraq paytaxtda yaşıl həyatın anasını ağlar qoyan və şərait yaradanları tənqid etməyimizi paytaxtın ətraf mühütünə və ekologiyasına cavabdeh məlum şəxs əfsuslar olsun ki, tənqidlərimizi həzm edə bilbir. Bizi tanıyanlar bilir ki, vicdanlı ölkə yazarlarından biri kimi biz də hər kəsin vəzifəsini şəffav ifa etməsini və işində vicdanlı olmasını istəyirik! Amma, həqiqəti yazdığımız üçün hədələr və zorbalıqlarla üzləşməkdəyik. Sual olunur həmin cənab idarə rəisinə, deyək ki, biz düz danışmırıq bəs paytaxt sakinləri və bu tanınmış ekoloqlar da sizinlə nəyisə bölə bilmir!? Biz yaxşı bilirik ki, sizlər kimi idarə rəislərinin hər işində bir AMMA VƏ LAKİNİ VARDIR, amma, nəisə...!

 Beləki, mayın 14-də Bakının mərkəzi küçələrindən birində - 28 Mayda ağac aşaraq 2 maşına zərər vurub. Həm də hər iki maşının ortasına aşıb. Bununla bağlı sosial şəbəkədə həftənin bazarertəsi sosial şəbəkədə bir vətəndaş “Xilaskar” kilsəsinin qarşısındakı, yəni 28 May küçəsindəki həmin ağacın aşma təhlükəsinin olması ilə bağlı video çəkib yayımlayıb. Buna baxmayaraq 2 gün ərzində aidiyyəti qurumların nümayəndələri öz ərazilərində baş verə biləcək hadisələrin qarşısını almağa cəhd belə göstərməyiblər. Nəticədə, yenə zərər çəkən tərəf vətəndaş oldu. Küçədə uzunmüddətli sıxlıq yarandı, siqnal səslərindən qulaq tutuldu, bir neçə saat da olsa, ərazidəki səs çirklənməsi artdı.

Məsələ ilə bağlı həm ekoloqdan, həm də memardan açıqlama aldıq. Maraqlıdır, şəhərdəki ekoloji vəziyyətdə qurumlar niyə nəzarət edə bilmir? Belə olan halda, vətəndaş, eləcə də onun şikayətinin yayılmasını, qurumlara çatmasını təmin edən mətbuat kimə şikayət etməlidir? Çünki əksər hallarda medianın sorğusuna da aidiyyəti qurumlar “yolaverdi” yanaşır. Açıqlama xətrinə, “xala xətrin qalmasın” şablon açıqlamalarla mövzudan, işdən yayınmağa çalışırlar.

Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlamasında memar Cahid Həsənov deyib ki, bunun qarşısının alınması üçün cavabdeh, nəzarət edən qurum tərəfindən monitorinqlərin aparılmasının vaxtı çoxdan çatıb:

“Kökü dərində olmayan və yaxud ağırlığına tab gətirə bilməyən ağaclar ərazilər üzrə qeydiyyata alınmalıdır. Bunun üçün elə də çox vaxt lazım deyil. Monitorinq nəticəsində təyin olunmuş bu kimi ağaclarla əlaqəli tədbirlər görülməlidir.

Azərbaycanın hər hansı yerində bir nəfər ağacın budağını belə kəsmək istədikdə, əlaqədar ekologiya qurumunun əməkdəşları həmin yerdə olurlar, cərimə də edirlər. Bu çox gözəldir. Lakin belə çevik bir qurum niyə illərlə hətta Bakı şəhərində, hətta mərkəzi ərazilərdə aşmağa məruz qalan ağaclarla əlaqəli bir tədbir görmür?

Söhbət təkcə əyilmiş, aşma ərəfəsində olan ağaclardan getmir. Hətta işıq xətlərinə dirənən və ya lap binaların, xüsusilə də tarixi binaların ümumi görünüşünü örtən ağaclarla da əlaqəli ayrıca monitorinq keçirilməlidir”.

Ekoloq Qorxmaz İbrahimlinin fikrincə, Bakı küləklər şəhəri olduğuna görə buradakı adi külək müəyyən yaşdan sonra ağacların yıxılmasına gətirib çıxarır:

“Əvvəllər bu məsələlərə görə cavabdehliyi “JEK”lər daşıyırdı. İndi həmin mənzil-istismar idarələri qanunla ləğv edilib. Onlar müəyyən ərazilərdə vətəndaşlardan pul yığaraq fəaliyyətlərini davam etdirirlər. Bu işlərə nəzarət Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, icra hakimiyyətləri, bölgələrin müvafiq bələdiyyələrin üzərinə düşür. Əslində aidiyyəti qurumlar öz üzərlərinə düşən məsuliyyəti başa düşsələr, bu hadisələr heç vaxt baş verməz. Bu birinci vacib məsələdir, iş bölgüsü düzgün aparılmır”.

Ekoloq qeyd edib ki, bu məqamda media, ekoloq və QHT-lərin vəzifəsi həmin qurumlara yol göstərməkdir:

“İcra etmək isə yenə həmin qurumların üzərinə düşür. Təkcə cərimələməklə bu işlər həll edilə bilməz. Əvvəlcə bu məsələdə məmur mədəniyyətinin yaradılması mütləqdir. Bu istiqamətdə medianın və ekoloqların, eləcə də QHT-lərin toxunduğu məsələlərə qurumlar tərəfindən reaksiya verilməlidir. Hər bir medianın bölgələr üzrə bir müxbiri olur, qurum əməkdaşlarının da öz əraziləri olmalıdır. Amma yoxdur. İndiki halda bu mövzuda Milli Məclisdə müzakirələr aparmalı, qanun layihəsi qəbul etməlidir, bu hal qəbuledilməzdir. Vətəndaş hətta bir ağacın quru budağını da kəsəndə qurumdan gəlib hədələyirlər, cərimələyirlər, hətta rüşvət və başqa yollara da əl atma halları da olur”.

Mütəxəssislərin fikri bir tərəfə, bir də medianın bu istiqamətdə fikirləri hər zaman olub. Sosial və ekoloji istiqamətdə mətbuatın yazdığı başlıq və xəbərləri diqqətlə oxusaq görərik ki, hər bir media “ötür-ötür”lə məşğul olan, “ediləcək, yığışdırılacaq, iş görüləcək” tipli açıqlamalar verən qurumların əlindən təngə gəlib. Elə ekspertlər üçün də bu yanaşma keçərlidir. Nə zaman ki, bir mütəxəssisdən nə iləsə bağlı şikayəti olub-olmadığını soruşsaq, “mən quruma yönləndirdim, şikayəti göndərin, baxarıq”, deyə cavab veriblər. Bu tendensiyanın qırılmasına isə yəqin ki, hələ çox var.


Oxşar xəbərlər