Füzuli rayonu Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur. Bu sözləri TVM İnşaat Şirkətinin iş icraçısı Kənan Əliyev bildirib.
Paytaxt.org Ekomühit.org-a istinadla xəbər verir ki, Füzuli rayonunun Dövlətyalı kəndində aparılan tikinti işləri “ağıllı kənd” konsepsiyası əsasında qurulur. Layihənin ilk mərhələsində 450 fərdi yaşayış evinin tikintisi “TVM İnşaat” şirkəti tərəfindən həyata keçirilir.











