Ekologiya

Bəşəriyyət üçün təhlükə: Gələn il yeni bir iqlim dövrünə keçid baş verəcək

post-img

2025-ci ildə iqlim dəyişikliyinin təsirlərinin daha da intensivləşəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə xarici mütəxəssislər xəbərdarlıq edirlər. Qeyd edilir ki, rekord səviyyədə isti havalar, quraqlıqlar, sel və digər ekstremal hava şəraiti daha tez-tez baş verəcək. Bu dəyişikliklər əsasən karbon dioksid və digər istixana qazlarının atmosferə atılmasından qaynaqlanır. İnsan fəaliyyəti bu proseslərin əsas səbəbi hesab olunur və istixana qazlarının miqdarını azaltmaq bu dəyişikliklərin sürətini yavaşlatmağa kömək edə bilər.

Eyni zamanda, dünya miqyasında yüksək temperatur və dəniz səviyyəsinin artması bir çox sahələri, xüsusən də sahilyanı əraziləri yaşamaq üçün yararsız hala gətirə bilər. Bununla yanaşı, bəzi regionlarda çölə çevrilmə prosesi sürətlənir, bu da su və qida çatışmazlığına səbəb olur.

Təxmini proqnozlara görə, istixana qazlarının azaldılmasında ciddi tədbirlər görülməsə, 2025-ci ildən sonra normal hava şəraitindən fərqli olan yeni bir iqlim dövrünə keçid baş verəcək. Bu, bəşəriyyətin adaptasiya olunma qabiliyyətinə ciddi təsir göstərə bilər.


Oxşar xəbərlər