Manşet / BANNER

“Zəngəzura ağır silahlar daşınır, irimiqyaslı müharibə BAŞLAYIR”: Baş nazir Azərbaycana MEYDAN OXUDU

post-img

Ermənistan silahlı qüvvələrinin Zəngəzur istiqamətində hərbi texnika toplaması ilə bağlı foto və videolar yayılıb. Bu cür foto və videolar sosial şəbəkələrin Ermənistan seqmentində geniş yayılıb. 

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanın bundan sonra Azərbaycanla hər hansı müharibə aparmaq ehtimalları çətin ki. olsun. Analitik bildirib ki, bu gün erməni cəmiyyəti xaotik və dağınıq vəziyyətdədir:


“Bu ölkənin həm dövlət sistemi, həm də cəmiyyət, ictimai-siyasi münasibətlər, əhval-ruhiyyə baxımından bird aha köklənməsi və ayağa durması üçün uzun illər lazımdır. Bunun da yolu Türkiyə və Azərbaycanla normal əlaqə yaratmaqdan keçir. Ona görə də, ermənilərin xarici havadarlarının təhrikləri ilə Zəngəzur istiqamətində hərbi texnika toplaması hesab edirəm ki, daxili auditoriyaya yönəlik şoudan başqa bir şey deyil. Hazırda Ermənistan dövlət aparatı, Ermənistan komandanlığı bütöv şəkildə Ermənistan cəmiyyətini təhqir edərək Ermənistanın içərisindəki media gündəmini dəyişməyə çalışırlar. Ona görə, Zəngəzurda hərbi toparlanma daxili auditoriyaya hesablanıb. 

Düşmən yenə xarici havadarlarının fitnələri və təhrikləri ilə Azərbaycan tərəfə bir güllə tuşlasa belə, bilir ki, Zəngəzura topladıqları hərbi texnikanın darmadağın edilməsi ilə nəticələnə bilər. Əgər Ermənistan təxribatlara davam edərsə, dəmir yumruq yerindədir. Ermənistan üçün daha ölümcül və dağıdıcı olacaq”.

GUNinfo.net xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ermənistana səfər edib. Nikos Dendias erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

O, Azərbaycan-Ermənistan münaqişəsində İrəvanı dəstəkləyib.

“Mən xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm. Mesajım budur ki, revizionist siyasət uğursuz olacaq”, – Dendias deyib.

Dendias bu bəyanatı ilə Azərbaycana meydan oxuyub və Ermənistana dəstək mesajı verib.

O, İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri A.Mirzoyan və XİN S.Papikyanın iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşüb.

Dendias sosial mediada verdiyi açıqlamada “Yunanıstanın Ermənistanla tam həmrəy olduğunu vurğuladım”, – deyib.


 

Oxşar xəbərlər