Manşet / BANNER

Son Dəqiqə: AZAL-ın prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb - Şirkətə kim rəhbərlik edir?/FOTO

post-img

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb. 

 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir. 
 
Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.
 
 
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi.

Oxşar xəbərlər