Kriminal

Cəmil Həsənlinin nəvəsinə dəyəri yüz minlərlərlə olan avtomobili kim bağışlayıb? - SENSASİON İDDİA

post-img

Ötən gün Bakı Ağır Cinayətlər məhkəməsində Xeberaz.az xəbər saytının baş redaktoru Tural Əliyevin məhkəməsi baş tutub. İş üzrə zərərçəkmiş şəxs qismində Nəriman Mənsimov tanınıb. 

Lakin zərərçəkmiş məhkəməyə gəlməkdən imtina etdiyi üçün onun barəsində hakim məhkəməyə məcburi gətirilmə haqqında qərar verib. 15 mayda davam edən məhkəmə prosesində bir neçə şahidlər dindirilib. 

Yadda qalan şahidlərdən biri də Aytən Həsənli olub amma o nədənsə məhkəmə zalına Aytən Məmmədova kimi təqdim edildi. Həmin ifadəsi zamanı məlum olub ki, Aytən Məmmədova 2013 cu ildə prezdentliyə namizəd olmuş Azərbaycan hakimiyyətini radikal şəkildə tənqid edən, özünü siyasi düşərgədə cəmiyyətə müxalifətin aparıcı qollarından biri kimi sırımağa çalışan və hal-hazırda Milli Şura adlı qurumun sədri olan Cəmil Həsənlinin nəvəsidir. 

Aytən Məmmədova istintaqa verdiyi ifadəsində ilk dəfə ölkədən kənarda yaşayan Cəlal Məmmədov adlı şəxsi tandığını bildirib. Cəlal Məmmədov 300-500 manat pul qarşılıqında bir neçə nəfər xanımın intim xidmətlərini müştərilərə təklif (el dilində desək mamarozalıq) edirmiş.

Aytən Məmmədova da ona yaxın şəxslərdən olub. Daha sonra Nəriman Məsimovla münasibəti yaranıb. Heç bir yerdə rəsmi işləməyən Aytən Məmmədova 2022 ci il modeli olan "RANGE ROVER SPORT" markalı avtomobilin ilk olaraq Azərbaycanda onda olduqunu qeyd edib. 

Tural Əliyev onun sevgilisi olan Nərimana zəng edərək nədən ölkə prezdentinin və ölkənin adını hər zaman ləkələməyə çalışan Cəmil Həsənlinin qızına dəyəri yüz minlərlə manata olan bahalı maşın aldığını soruşub. "Dövlət sənin atana vəzifəni ona görə verib ki, gedib hansısa muxalifətçinin nəvəsinə bahalı maşın alasan?" kimi suallar verib.

Daha sonra bu məsələni ictimailəşdirəcəyini deyib. Nəriman ondan məsələni ictimailəşdirməməsini, kart hesabı atmasını istəyib. Kart hesabını atmaqdan imtina etdiyi üçün müəyyən vasitələrlə onun kart hesabını taparaq ora 1800 manat pul köçürüb. 

Ardınca isə şantaj olunması ilə bağlı hüquq-mühafizə orqanlarına şıkayət edib. Nəticədə media nümayəndəsi saxlanılaraq ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 (bir qrup şəxs tərəfindən vəzifəli şəxslər və vətəndaşlar haqqında rüsvayedici xəbərlər paylaşmaq hədə-qorxusu yolu ilə pul tələbetmə) maddəsi ilə ittham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı Ağır Cinayətlər məhkəməsində məhkəmə proses dava etdirilir

"Cebhe.info"

Oxşar xəbərlər