“Ötən il Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı Təhsil Nazirliyinin “Məktəb icması” layihəsinə ayrılan vəsaitin dayandırılmasnı və ayrılan vəsitin ciddi auditinin aparılmasını təklif etdim. Dövlətin milyonlarla manat vəsaitinin göz görə-görə mənimsənilməsinə dair faktları nəzərə alaraq bunu dedim və təklif etdim ki, həmin milyonlar regionlarda məktəb tikintisinə yönləndirilsin”.
Paytaxt.org xəbər verir ki, bunu elm və təhsil bilicisi, sabiq deputat Etibar Əliyev “Yuva Humanitar Mərkəzi”nin həmsədri Rəna Tahirova və onunla yaxın əlaqədə olan “Femact” MMC-nin rəhbəri Pərvanə Məmmədova barədə yayılan məlumatlara həsr etdiyi “feysbuk” paylaşımında yazıb.
Paylaşımın sərlövhəsi belədir:
“Emin Əmrullayevin “Yuva”sı”.