Manşet

Hoteldə güclü yanğın:10 nəfər həlak oldu, 32 yaralı var - Prezident başsağlığı və göstəriş verdi - DİN hərəkətə keçdi/VİDEO

post-img

Türkiyənin Bolu şəhərində yerləşən 12 mərtəbəli hoteldə güclü yanğın baş verib.

Paytaxt.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yerli vaxtla saat 03.30-da baş verən yanğın nəticəsində 10 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.

Yanğının 4-cü mərtəbədə yerləşən restoran hissəsində başladığı və yuxarı qatlara yayıldığı bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınla bağlı başsağlığı verib. O, müvafiq dövlət qurumlarının hadisəni yaxından izlədiyini və istintaq işlərinin dərhal başladıldığını qeyd edib. Daxili işlər naziri Ali Yerlikaya yanğına 267 şəxsi heyətlə müdaxilə edildiyini açıqlayıb.

Taxta konstruksiyadan ibarət olduğu üçün mütəxəssislər hotelin çökmə riski barədə xəbərdarlıq ediblər. Alovların söndürülməsi üçün Bolu və ətraf bölgələrdən çoxsaylı yanğınsöndürən, AFAD, UMKE və tibb heyəti, həmçinin helikopter cəlb olunub.

Hoteldə qalanların bəziləri çarşafları bir-birinə bağlayaraq binadan enməyə çalışıblar. Həmin anlar kameralara əks olunub.


Oxşar xəbərlər