Kainat.tv saytının rəhbəri Aqil Adil oğlu Bayramov Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovdan kömək istəyərək müraciət ünvanlayıb.
Paytaxt.org müraciəti olduğu kimi təqdim edir:
Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazova! Çox hörmətli cənab general! Tərtər rayonu Bayandur kənd sakini Taleh Mətləb oğlu Muradov ona olan etibarımdan sui-istifadə edərək mənim əmlakımı əlimdən çıxartmaq istəyir. Belə ki, illər öncə, əvvəlcədən tanıdığım T.M.Muradov mənə məxsus evi banka qoyaraq 50 min manat məbləğində pul götürüb. O, gündən bu günə də məni aldadır, hətta bu azmış kimi, cəmiyyət içində məni nüfuzdan salmağa da cəhd edir. Bu barədə dəfələrlə özünə, atasına və qardaşına xəbərdarlıq edərək, məni çox pis vəziyyətə qoyduqlarını, əmlakımın onun ucbatından bank tərəfindən müsadirə olunacağını, pulu qaytarmalarını tələb etsəm də, yenə də həmişə olduğu kimi, yalan vədlər və qarayaxmalar eşitmişəm. Atası Mətləb Muradov düz bir il bundan öncə, yəni 2024-cü ilin fevral ayı zəng edib məndən xahiş etdi ki, "bir ay səbr elə, sənə söz verirəm ki, bu məsələni mən yoluna qoyacağam". Yenə də adəti üzrə yalan vədlə üzləşdim. Taleh Mətləb oğlu Muradov "üstüörtülü" qorxu gələrək, təzə ortağının qardaşının yüksək vəzifədə işlədiyini, onun arxasında dayandığını görüşümüzdə və zənglərində mənə dəfələrlə ifadə edib. Mən də ona şikayətçi olacağımı bildirdim, yenə də heç bir faydası olmadı. Beləliklə, Taleh Mətləb oğlu Muradov dələduzluq yolu mənə külli - miqdarda zərər vurmaqdadır. Dələduzluq və fırıldaqçılıq yolu ilə qazanc əldə edən Taleh Muradovun (əlaqə nömrəsi: 050 311 56 59 / 050 311 59 11) bu ilk və son əməli deyil. Etibardan istifadə edən bu vətəndaş, yüz min manatlarlarla pulları ələ keçirərək, hələ də mənimlə yanaşı bir çox insanlara da zərər vurmaqdadır. Hörmətli nazir! Sizdən xahiş edirəm özünü arxalı iş adamı kimi təqdim edən, Taleh Mətləb oğlu Muradovun qanunazidd əməllərinin ifşasını təmin edib, ailəmizə dəyən ziyanın ödəniləməsində mənə köməklik göstərəsiniz!
Dərin Hörmətlə: Bayramov Aqil Adil oğlu AA 7034102