Manşet

Nizami RİH daha bir qanunsuzluq: Zəbt olunmuş məktəb ərazisində kimlər xəlvəti tikinti aparır?

post-img

Bayram tətillərində "gizli tikinti" işləri üçün əlverişli şəraitin yaranması barədə post paylaşılıb.

 Paytaxt.org-un xəbərinə görə, bu barədə "Bakı gündəliyi"  "Facebook" səhifəsində məlumat yayıb.

Bildirilib ki, rayon sakini olan izləyicilərən biri belə bir iddia ilə çıxış edib.

Məlumatda deyilir:

"Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir. Bayram günləri məhz gecələr tikinti işlərinin aparılmasının səbəbi məlumdur. Ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir. Tikintinin aparılmasından Nizami rayon icra hakimiyyətinin də xəbəri var. Bayram günlərində başladılan tikinti tətilin günlərində oldu, bitdiyə gətirilməsi icradan Maddi maraq əsasında alınan şifahi razılıqla əlaqəli olduğu da gün kimi aydındır. Yoxsa kimin həddi çatar ki, zəbt edilmiş məktəb həyətində bu boyda həngamə ola, dövlət babanın xəbəri olmaya...! 


İddiaya görə, Coşqun Cəbrayılov Nizami rayonuna icra başçısı təyin olunandan bu cür özbaşınalıqlar artıb. Sakinlər əlavə edir ki, hər ötən gün rayonda qanunsuz tikililər çoxalır, parklar və səkilər məhv edilir. Bele tikinti işləri diqqət çəkməmək üçün ya gece yarısı, ya da uzun bayram tətillərində aparılır.

Bu səbəbdən də zəbt olunan məktəb ərazisində aparılan tikintiyə rəsmi icazə verilib-verilmədiyinə aidiyyəti orqanlardan aydınlıq gətirilməsi xahiş edirik...!"

Aytən

Paytaxt.org

Oxşar xəbərlər