Manşet

Rüşvət almaqda şübhəli bilinib DTX tərəfindən saxlanılan icra başcısı Baş nazirin köməkçisi Əhmədzadənin xalası oğludur - DOSYE

post-img

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.

Ekologiya.az xəbər verir ki, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər.


Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri eləcə də bir neçə yerli məmurlar saxlanılanıblar.

Qeyd edək ki, M.Şəkiliyev bu vəzifəyə 2010-cu ildə təyin olunub.

Bildirək ki, Musa Şəkilliyev Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin xalası oğludur. Əhməd Əhmədzadə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri olub. O, 2006-cı ildən 2024-cü ilədək “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri işləyib. 2024-cü ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.

Ə.Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə uzun illərdir Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır və çox sayda yerli sakin ondan da narazıdır.

 Bildirək ki, saxlanılan icra başçısı və müavinləri ilə bağlı hazırda DTX istintaq hərəkətlərini davam etdirir.

Qeyd :

Ekologiya.az DTX tərəfindən rüşvətdə şübhəli bilinən Musa Şəkiliyevin tərcümeyi halını təqdim edir.

Şəkiliyev Musa Şaban oğlu 1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirib.

Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981–1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib.

Yeni Azərbaycan Partiyasının üzvü Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Oxşar xəbərlər