Manşet

Prezident Nəsimi rayonuna yeni icra başçısı təyin etdi - DOSYE

post-img

Nəsimi Rayon İcra Hakimiyyətinə yeni icra başçı təyin edilib. 

 

Paytaxt.org xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Dövlət başçısının sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

 

Qeyd edək ki, Elxan İbrahimov Kürdəmir rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdı. Prezidentin digər sərəncamı ilə o, bu vəzifədən azad olunub. 



Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.


Paytaxt.org bildirir ki, Elxan İbrahimov 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra o, “Holiday Inn Baku Airport” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.


2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.


Elxan İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür.

Oxşar xəbərlər