Manşet

Prezident Ərdoğan nazirləri topladı, mühüm açıqlamalar verdi

post-img

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mühüm açıqlamalar verib

Paytaxtr.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında müzakirə olunan məsələlərlə bağlı mühüm bəyanatlarla çıxış edib.

Prezident bildirib ki, 32 il əvvəl TÜRKSAT 1B peyki ilə başlayan Türkiyənin kosmos sahəsindəki yolu bu gün təsəvvürəgəlməz səviyyəyə çatıb.

“İnam və əzmlə çalışaraq hər cümləsi təcrübə və alın təri ilə yazılmış böyük uğur hekayəsinə imza atdıq. Bu mübarizənin hər mərhələsi ölkəmizdə həyata keçirilən xidmət və inkişaf siyasətinin hansı maneələri aşaraq irəlilədiyini göstərir. TÜRKSAT 3A peykini orbitə çıxardığımız zaman bəziləri bu layihəni kiçiltməyə, qüsur axtarmağa çalışırdı. Həmin vaxt tənqid edilən peykimiz isə illərdir ölkəmizə xidmət edir”, – deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, ötən il Türkiyənin ilk yerli və milli rabitə peyki olan TÜRKSAT 6A istifadəyə verilib. Bununla rabitə peyklərinin sayı 6-ya, ümumi peyk sayı isə 10-a çatdırılıb.

“GÖKTÜRK-1 və GÖKTÜRK-2 peykləri sayəsində ölkəmizin kosmosdan müşahidə və kəşfiyyat imkanlarını gücləndirdik. Ətrafımızda baş verən hadisələr göstərir ki, yaşadığımız dövrün əsas xüsusiyyəti informasiya, bilik və məlumatdır. İstisnasız olaraq bütün dövlətlər informasiya dövrünə uyğunlaşmaq üçün ciddi rəqabət aparır. Böyük şirkətlər də bu sahədə söz sahibi olmağa çalışırlar”, – deyə o bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə də bu rəqabətdə layiq olduğu yeri tutmaq üçün fəaliyyətini davam etdirir.

“Kəndi rabitə peykini istehsal edə bilən 11 ölkədən biriyik. İMECE-2, İMECE-3 və GÖKTÜRK-3 layihələri üzərində işlər davam edir. TÜRKSAT 7A layihəsi isə ölkəmizin təhlükəsiz rabitə infrastrukturunu daha da möhkəmləndirəcək.

Peyk texnologiyaları dövlətlərin güc potensialını artıran mühüm amillərdəndir. Kəşfiyyat, rabitə, müdafiə sənayesi və xəritələşdirmə kimi bir çox sahədə peyklər strateji rol oynayır. ‘Kosmosda izi olanın dünyada sözü olar’ prinsipi Türkiyə üçün artıq seçim deyil, zərurətdir”, – deyə prezident bildirib.

Musavat.com 

Oxşar xəbərlər