Son günlərin ən qalmaqallı strukturlarından biri olan TƏBİB in demək olar ki, bütün rəhbər heyəti sözün əsl mənasında başını itirib. Son bir il müddətində Təxirəsalınmaz və Təcili Tibbi Yardım Avtobazasına 3 dəfə yeni müdir təyin olunub. Yeni gələn hər rəhbər öz qanunlarını işə salaraq sürücülərə qarşı qanuna uyğun olmayan sərt tədbirlər görürlər. Lakin bütün bu haqsızlıqlara baxmayaraq minə yaxın sürücü canını dişinə sıxıb lənət ŞEYTANA deyib işinin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Belə bir iddia ilə adıçəkilən avtobazanın sürüçüləri redaksiyaya müracit edib.
Bildiriib ki, "Bir müddət əvvəl avtobazada baş verən neqativ halların rüşvətin yığışdırılması yönündə islahatlar aparılanda bütün sürücülər sevindi ki, deyəsən artıq bizimdə qrumda bu problem həll olnur artıq maşınlarda nazaslıq olanda onları aradan qaldırmaq üçün daha ustalara ciblərindən pul vermiyəcəklər, daha kənarda öz vəsaitlərinə ehtiyat hissələri almayacaqlar. TƏBİB rəhbərliyi bu qanunları qoyan müdiri nədənsə dərhal tutduğu vəzifədən azad elədi. Görünür rüşvəti yığışdırmaqla böyük səhvə yol verib. Ataların bir misalı var " Yetim yarımaz yarısada qarımaz" təcili yardımın sürücüləridə indi həmin vəziyyətdədilər. Aldıqlar beş on manat maaaşın bir hissəsini ustalara ehtiyat hissələrinə verən sürücülərə daha bir şok yaşatdılar. İndi isə maşınların texniki baxışdan keçməsi üçün hər sürücüdən 40 manat tələb olunur. Burda sual yaranır. Bu maşınlar sürücülərin şəxsi maşınlarıdır yoxsa dövlətin? Axı niyı sürücü cibindən 40 mamat verib dövlətə məxsus olan təcili tibbi yardım maşını texniki baxışdan keçirtməlidir?
Baş Prokurorlu Yanında Korrupsiya İdarəsi buyurun sizi dəvət edirik Təxirəsalınmaz və Təcili Tibbi Yardımın bütün bölmələrinə gəlin görün sizin bu Mixaylo nə oyun çıxardır.
İşlərinin öhdəsindən gələ bilmədikləri bəs deyilmiş kimi " Axırıncı aşırım" kinosunda deyilən kimi indidə bu kolxaz oyununu ayıblar ortalığa sürücülərə qısa və konkret olaraq göstəriş verilib ki, çağırışa gedəndə sayrışan işıqlarla bərabər səs siqnalından da istifadə olunsun. Hətta buna əməl etməyən bölmələrin birində sürücü həkim və bölmə müdiri cəzalaıb. Bu qədər çətinliyə baxmayaraq cibindən ehtiyat hissələri alan sürücülər, cibindən dərman alan həkimlərin fədakarlığının qarşılığı budur? Bu cür fədakar bir işçiləri narazı salmağınız bəs deyil hələ bu qədər millətidə narahat etmək nə deməkdir? Gecə saatlarında istənilən istiqamətdə təcili yardım maşınlarını çağırışa gedəndə görmək olur. Onlar xəstəxanaların məktəblərin universitetlərin nazirliklərin qarşısından keçəndə yüksəs səs siqnalı verməklə hamını narahat edib həyacanlandıracaqlar. Bu isə qəsdən verilmiş bir əmrdi.
İnanırıq ki bizim səsimizi Cənab baş prokuror Kamran Əliyev və cənab Nazir Anar Bayramov eşidəcək həmçinin Əmək müfəttişliyi Daxili işlər nazirliyi də bizlərə köməklik göstərəcək...!".
Əziz