Homepage / Hacı Məhərrəmin “Qəmlosu” Şahların ZİRZƏMİ ƏMƏLİYYATI - “Qurtuluş-93” Yaşayış Kompleksində sakinlər TƏHLÜKƏDƏ

Hacı Məhərrəmin “Qəmlosu” Şahların ZİRZƏMİ ƏMƏLİYYATI - “Qurtuluş-93” Yaşayış Kompleksində sakinlər TƏHLÜKƏDƏ

Bir neçə gün öncə yayılan xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəsarət alan şəxslərə şəfa diləyirik. Amma ictimai narahatlığı artıran əsas məsələ budur ki, belə hadisələrin yenə olmayacağına zəmanət yoxdur. Binaların zirzəmisində və alt mərtəbələrində yerləşən qeyri-yaşayış obyektlərinin inşasında ciddi qanunsuzluqlara yol verilir, tikinti normalarılnıın tələblərinə məhəl qoyulmur.

Abşeron rayonunun Masazır qəsəbəsindəki "Bağçalı Evlər MTK" tərəfindən ərsəyə gətirilən “Qurtuluş-93” Yaşayış Kompleksində binaların da zirzəmiləri, birinci mərtəbələri yüksək məbləğə satılaraq qeyri-yaşayış obyektlərinə çevrilir. Bu hal 3 mərtəbələr adlanan şəhərçikdə deə geniş vüsət alıb. Beləki, zirzəmilər qazılaraq sütün divarlarının bəzi hissələri götürülür və bir neçə günə həmin yer obyektə çevrilir. Baxçalı evlərdə isə birinci mərtəbələrdəki mənzilləri, otaqları bir-birindən ayıran divarlar, sütunlar, dəmir-beton konstruksiyalar sökülərək, məkan qeyri-yaşayış obyektinin təyinatına uyğunlaşdırılır ki, bu da binanın özünə, üst mərtəbələrdə yaşayan sakinləri ciddi  təhlükəaltına alır.


Sakinlər etirazı və tələbi

Sakinlər hesab edirlər ki, yaşayış binalarında konstruktiv dəyişikliklərin aparılması, qeyri-yaşayış obyektlərinin yaradılması və digər tikinti işləri müvafiq təhlükəsizlik normalarına uyğun şəkildə həyata keçirilməlidir. Onlar xüsusilə aidiyyəti dövlət qurumlarının binalarda aparılan dəyişiklikləri araşdırmasını, konstruksiyaların texniki vəziyyətinə qiymət verilməsini və sakinlərin təhlükəsizliyinin təmin olunmasını istəyirlər.

Məsələ ilə bağlı bəzi məlumatlarda “Bağçalı Evlər” MTK-nın rəhbəri Məhərrəm Novruzovun adı hallanır. Lakin bu şəxsin və rəhbərlik etdiyi şirkətin konkret qanun pozuntusuna yol verdiyi barədə iddiaların müvafiq dövlət qurumları tərəfindən araşdırılması və təsdiqlənməsi zəruridir.

Sakinlərin digər iddiaları arasında yaşayış kompleksində mənzillərlə bağlı çıxarışların əldə olunması, qazlaşdırma və ümumi istifadə üçün nəzərdə tutulan ərazilərdə müxtəlif obyektlərin yaradılması ilə bağlı narazılıqlar da yer alır. Bütün bu məsələlər üzrə aidiyyəti qurumların mövqeyinin açıqlanması və aparılacaq araşdırmaların nəticəsinin ictimaiyyətə bildirilməsi vacibdir.  Hazırkı görüntülər sakinlərin narahatlığının heç də əsassız olmadığını təsdiqləyir.

Daha sonra bildirilir ki, yaşayış massivində belə bir mənfi tendensiyanın dərinləşməsinin səbəbkarı tikinti maqnatı, "Bağçalı Evlər" MTK-nın və Novxanıdakı "My Beach" istirahət mərkəzlərinin rəhbəri hacı Məhərrəm Novruzovun özüdür. Görünən odur ki, kəsdirdiyi ağacların yerində tikdirdiyi binalara sonradan etdiyi qanunsuz, təhlükəli dəyişikliklərə görə M.Novruzova “dur” deyən yoxdur. Əlaqədar instansiyaların – Abşeron Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin ona gücləri çatmır.

Xatırladaq ki, M.Novruzovun adı əvvəllər də bir sıra qalmaqallarda hallanıb. Onun inşa etdirdiyi binalarda pulun tam ödəməsinə baxmayaraq, yüzlərlə sakin hələ də tam əmlak sahibi hüququnu təsdiq edən "çıxarış"a malik deyillər. Eyni zamanda uzun illər tikinti şirkətinin söz verməsinə baxmayaraq, binalar qazlaşdırılmayıb. Yaşayış kompleksində camaatın istirahəti üçün nəzərdə tutulan parkın ərazisində restoran, çayxana, “moyka” və s. müxtəlif mağazalar tikməklə sakinlərin asudə vaxtlarını keçirəcəkləri imkanları məhdudlandırıblar. Sakinlərin haqlı etirazları qarşısına isə hacı Məhərrəmin etibarlı adamı Şahlar Hüseynov çıxır. Məlumatlarda qeyd olunur ki, M.Novruzovla Ş.Hüseynov bir növ Kərbəlayi İsmayılla Qəmlonun prototipləridir. Hacı “dırnaq kəs” deyəndə Şahlar barmaq kəsir, “birçək kəs” deyəndə qulaq kəsir.

Bundan başqa, mediada Ukrayna Respublikasının Lıvov şəhərində yaşayan iş adamı Nazim Qəzənfərovun adından M.Novruzova qarşı səslənən iddialar da diqqət çəkir.

Onu da qeyd edək ki, M.Novruzovun özündən müştəbehliyi ailə üzvlərinə, yaxın çevrəsinə də sirayət edib. Bir neçə il öncə həyat yoldaşı, daha sonra isə kürəkəni idarə etdikləri avtomobillərlə yolda qəza törədərək, digər hərəkət iştirakçılarının ölümünə və xəsarət almalarına səbəb olublar.Real Azerbaycan
M.Ərsoy 
17-08-2026, 11:30
Go back