Sakinlər etirazı və tələbi
Sakinlər hesab edirlər ki, yaşayış binalarında konstruktiv dəyişikliklərin aparılması, qeyri-yaşayış obyektlərinin yaradılması və digər tikinti işləri müvafiq təhlükəsizlik normalarına uyğun şəkildə həyata keçirilməlidir. Onlar xüsusilə aidiyyəti dövlət qurumlarının binalarda aparılan dəyişiklikləri araşdırmasını, konstruksiyaların texniki vəziyyətinə qiymət verilməsini və sakinlərin təhlükəsizliyinin təmin olunmasını istəyirlər.
Məsələ ilə bağlı bəzi məlumatlarda “Bağçalı Evlər” MTK-nın rəhbəri Məhərrəm Novruzovun adı hallanır. Lakin bu şəxsin və rəhbərlik etdiyi şirkətin konkret qanun pozuntusuna yol verdiyi barədə iddiaların müvafiq dövlət qurumları tərəfindən araşdırılması və təsdiqlənməsi zəruridir.
Sakinlərin digər iddiaları arasında yaşayış kompleksində mənzillərlə bağlı çıxarışların əldə olunması, qazlaşdırma və ümumi istifadə üçün nəzərdə tutulan ərazilərdə müxtəlif obyektlərin yaradılması ilə bağlı narazılıqlar da yer alır. Bütün bu məsələlər üzrə aidiyyəti qurumların mövqeyinin açıqlanması və aparılacaq araşdırmaların nəticəsinin ictimaiyyətə bildirilməsi vacibdir. Hazırkı görüntülər sakinlərin narahatlığının heç də əsassız olmadığını təsdiqləyir.