Çünki söhbət Ermənistan ərazisindən gedir. Eyni zamanda, reallıq ondan ibarətdir ki, həmin dəhlizin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan Respublikasının ərazisidir.
“Danışıqların gedişi və ümumilikdə proses barədə amerikalı tərəfdaşlarımız tərəfindən mütəmadi şəkildə məlumatlandırılırıq. Bir neçə ay əvvəl Ermənistan tərəfi ilə ABŞ arasında ilkin sənəd də imzalanmışdı. Bizə verilən məlumata görə, proses davam edir və hazırda sənədlərin hazırlanması mərhələsi gedir. Bu dəhlizlə bağlı söhbət dəmir yolundan, avtomobil yolundan, elektrik kabellərindən, o cümlədən boru kəmərlərindən də gedə bilər.