Siyasət

Vəkil Natiq Cəfərliyə "Yupiter" dedi - QALMAQAL

post-img

Vəkil Fuad Ağayev və REAL Partiyanın funksioneri Natiq Cəfərli arasında növbədənkənar parlament seçkilərinə görə sosial şəbəkə üzərindən mübahisə yaranıb.

Pravda.az-ın xəbərinə görə, buna səbəb N.Cəfərlinin yazdığı statusa F.Ağayevin "gülüş" smayliki ilə yanaşı "Necə oldu ki, yaşadığınız Səbail rayonu ərazisinə aid seçki dairəsi üzrə deyil, Əhmədlidən namizədliyinizi irəli sürürsünüz?" şərhini yazması olub.

REAL funksioneri vəkilə "Nəyə gülürsünüz? Sizin 30 illik mənasız "kruq"unuz ağılda olan biri gördüyünü, Cəbhə-Müsavata, AMİP-ə pay verilən deputat mandatlarını görüb, elə bilir həmişə belədir. Bu suala da mediada, öz profilimdə 3-4 dəfə cavab vermişəm, izah etmişəm. Siz gənc bloqer kimi hamının bildiyini post yazıb, vaxtımızı almasaydınız, görərdiniz" cavabını verib.

F.Ağayev isə N.Cəfərliyə belə cavab verib: ""Yupiter" (yəni Natiq) hirslənmisən, demək haqlı deyilsən. YAP-ın, iqtidarın maraqları baxımından siz artıq mandat qazanmısınız. Sizin qədər seçkiləri legitimləşdirməyə çalışan ikinci adam yoxdur".

N.Cəfərli bu şərhi cavabsız qoymayıb: "Seçkiləri 1995-2000-2005-2010-cu illərdə də sizin dəstə legitimləşdirib".

Oxşar xəbərlər