Siyasət

“İran İsraili elə vuracaq ki...” - Zərdüşt Əlizadə

post-img

“Neçə aydır ki, "Hizbullah" İsrailə zərbələr endirir, İsrail də onu vurur. Yenilik ondan ibarətdir ki, Əli Xamenei İsraili vurmağı əmr verib”.
Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
O, İranın İsrail vurmaq planını belə şərh edib:
“İran İsraili elə vuracaq ki, geniş müharibə üçün bəhanə olmasın. Necə ki, Qasım Süleymaninin qətlindən sonra İsrail vurulmuşdu, o cür də edəcəklər. Yəni İran geniş müharibə istəmir, əgər bu baş verərsə, viranə qala bilər”.
Politoloq İsrailin Amerikayla müttəfiq olduğunu bildirib:
“Onlar İsrailin mövcudluğu məsələsində eyni mövqedə dururlar. İsraili zəiflətmək istəyən qüvvələri darmadağın edirlər. Məsələn, Misir vuruldu, İraq vuruldu və anti-İsrail cəbhəsindən çıxarıldı. Sudan vuruldu və indi onu üç hissəyə bölmək istəyirlər. Liviya vuruldu, Qəddafi öldürüldü, Suriya vuruldu, viranə qaldı. Yeganə qalan İrandır, ona da qarşı həmin siyasətə davam edirlər”.
Z.Əlizadə İsrailin Fələstin torpağını işğal etdiyini bildirib:
“Torpaqları azad etmir. Beynəlxalq qərarlara da məhəl qoymur. Yəni ermənilər Qarabağı tutmuşdu, bütün dünya Azərbaycanı tanıyırdı, Ermənistanı tanımırdı. Amma hamı Ermənistana dəstək verirdi. Azərbaycan zor gücünə torpaqlarını azad etdi. İndi də bütün dünya İsraili dəstəkləyir. Fələstin isə torpağını azad etmək istəyir. Amma İsrail deyir ki, onlar terrorçudurlar. Baxmayaraq ki, özləri İsmayıl Haniyəni, İranın qonağını öldürdülər və deyirlər, bu, terror deyil. İsmayıl Haniyənin altmış qohumunu, oğlunu, nəvələrini öldürüblər, amma guya bu, terror deyil. Bu ikili standart dünya miqyasında təbliğ olunur”.

Oxşar xəbərlər