Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Fransanın məşhur "Le Figaro" qəzeti məlumat yayıb.
Riyad Fərid Hicab, 1966-cı ildə Suriyanın Deir ez-Zor şəhərində doğulub. O, kənd təsərrüfatı mühəndisliyi üzrə doktorluq dərəcəsinə malikdir. Siyasi karyerasına Baas Partiyasının Deir ez-Zor şöbəsinin katibi olaraq başlamış, daha sonra Quneitra və Latakiya vilayətlərinin qubernatoru olub. O, 1989-1998-ci illərdə Suriya Milli Tələbə Birliyinin Azzur şöbəsinin prezidenti olub. 1998-2004-cü illərdə Partiya Şöbəsi rəhbərliyinin üzvü olub. 2004-2008-ci illərdə Ərəb Sosialist Baas Partiyasının Deyr əz-Zor şöbəsinin katibi vəzifəsində çalışıb. O, 22 fevral 2011-ci ildə Latakiya qubernatoru təyin edilib. Elə həmin il tutduğu vəzifəsindən azad edilərək, 2011-ci il aprelin 14-də kənd təsərrüfatı və aqrar islahatlar naziri təyin edilib. 2012-ci ilin iyun ayında prezident Bəşər Əsəd tərəfindən baş nazir vəzifəsinə gətirilib. Lakin 6 avqust 2012-ci ildə, hökumət tərəfindən vəzifəsindən azad edildiyi açıqlanmış, qısa müddət sonra müxalifətə qoşulmuşdu. O, daha sonra ailəsi ilə birlikdə İordaniyaya qaçıb. Ailəlidir və dörd uşaq atasıdır.
Son məlumatlara görə, Riyad Hijab Suriyanın keçid dövrü hökumətinin başçısı olaraq təyin edilə bilər. Bu təyinat ABŞ-nin Hayat Tahrir al-Sham (HTS) qruplaşmasının lideri Əhməd al-Şəra ilə əlaqə qurmaqdan çəkinməsinə imkan verəcəkdir.
Riyad Hicab keçid hökumətində Nazirlər Kabinetinə rəhbərlik edəcək.