Siyasət

Suriyanın müvəqqəti hökumətinin rəhbəri o olacaq - Riyad Hicab kimdir? - DOSYE

post-img

Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın məşhur "Le Figaro" qəzeti məlumat yayıb.

Le Figaro'nun iddiası: Şam'da geçiş hükümetinin başına Riyad Hicab  gelebilir - Elips Haber

Riyad Fərid Hicab, 1966-cı ildə Suriyanın Deir ez-Zor şəhərində doğulub. O, kənd təsərrüfatı mühəndisliyi üzrə doktorluq dərəcəsinə malikdir. Siyasi karyerasına Baas Partiyasının Deir ez-Zor şöbəsinin katibi olaraq başlamış, daha sonra Quneitra və Latakiya vilayətlərinin qubernatoru olub. O, 1989-1998-ci illərdə Suriya Milli Tələbə Birliyinin Azzur şöbəsinin prezidenti olub. 1998-2004-cü illərdə Partiya Şöbəsi rəhbərliyinin üzvü olub. 2004-2008-ci illərdə Ərəb Sosialist Baas Partiyasının Deyr əz-Zor şöbəsinin katibi vəzifəsində çalışıb. O, 22 fevral 2011-ci ildə Latakiya qubernatoru təyin edilib. Elə həmin il tutduğu vəzifəsindən azad edilərək, 2011-ci il aprelin 14-də kənd təsərrüfatı və aqrar islahatlar naziri təyin edilib. 2012-ci ilin iyun ayında prezident Bəşər Əsəd tərəfindən baş nazir vəzifəsinə gətirilib. Lakin 6 avqust 2012-ci ildə, hökumət tərəfindən vəzifəsindən azad edildiyi açıqlanmış, qısa müddət sonra müxalifətə qoşulmuşdu. O, daha sonra ailəsi ilə birlikdə İordaniyaya qaçıb. Ailəlidir və dörd uşaq atasıdır.

Riyad Hicab: Tarihin Obama'yı affedeceğini düşünmüyorum

Son məlumatlara görə, Riyad Hijab Suriyanın keçid dövrü hökumətinin başçısı olaraq təyin edilə bilər. Bu təyinat ABŞ-nin Hayat Tahrir al-Sham (HTS) qruplaşmasının lideri Əhməd al-Şəra ilə əlaqə qurmaqdan çəkinməsinə imkan verəcəkdir.

Riyad Hicab keçid hökumətində Nazirlər Kabinetinə rəhbərlik edəcək.

Oxşar xəbərlər