Paytaxt.org xəbər verir ki, jurnalistin özü bu barədə facebook sosial media hesabında paylaşım edib.
Bildirib ki, Sumqayıtın səhiyyəsi, tibbi xidməti MƏHV OLUB.
Paylaşımını olduğu kimi təqdim edirik:
Sumqayıtın səhiyyəsi, tibbi xidməti MƏHV OLUB. Olmaqdadır yox ha, olub. Özü də indi yox, neçə ildi. Özü də aşağı səviyyədə yox, tam yüksək səviyyədə, rəhbərlik səviyyəsində. Deməli belə. 3 gün əvvəl doğma dayım evində qəfil halı pisləşib. Təcili yardımla gətirmişik Sumqayıt Tibb Mərkəzinin 1 saylı şəhər Xəstəxanasına. 1 saylı haaaaa, şəhərin birinci ən “yüksək texnologiyalı”xəstəxanasına. Bir sutka xəstənin dərdi tapılmadı. Bir sutkadan sonra KT və MRT olunandan sonra dedilər ki, bəs yüksək riskli infakt xəstəsidir, reanimasiyada qalmalıdır. Bir sutkadan sonra kişi gözünü açan kimi dedilər ki, yaxşıdı, köçürün palataya.
Sumqayıt Tibb Mərkəzinin rəhbəri, hansısa xidmətlərinə görə Cəlilabaddan Sumqayıta transfer olunmuş Elnur Azadxanovdan xahiş etdik ki, xəstəni normal şəraitlə təmin etməyə kömək eləsin. Düşündüm ki, Sumqayıt səhiyyəsinin başında dayanan bir şəxsə xahiş olunubsa, maksimum normal şəraitli palata olacaq, normal da tibbi personal xidmət edəcək xəstəmizə. Axşam eşitdim ki, dayımı Sumqayıt Tibb Mərkəzinin rəhbəri tapşırdığı üçün xəstənin vəziyyətinin ağır olduğunu da nəzərə alıb, yerləşdiriblər düz ayaqyoluna bitişik palataya. Və bir də bizə “bonus” da veriblər-ağır xəstə 4 nəfərlik, şəraitsiz bir palatada, epilepsiya xəstələrinin dayanmadan zarıdığı otağa gətirib atıblar. Palata əməlli kanalizasiya iyi verir. Bu hələ harasıdır. Ağır, bir tərəfi insultdan hərəkət etməyən xəstənin yanına xəstə yaxınlarını sutkada cəmi 3 saat-17:00-20:00 radələrində buraxılırlar. Dedilər ki, bu xəstəxananın qaydalarıdır, razılaşdıq.