Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz tikinti işləri aparılır.
Paytaxt.org xəbər verir ki, görüntülərdən aydın olur ki, Nəsimi rayonu Alı Mustafayev küçəsi 14 ünvanında binanın zirzəmisi qazılaraq tikitni işləri aparılır.
Normativ tikinti qaydalarına zidd olaraq binanın zirzəmisi qazılaraq həmin yerdə qanunsuz tikinti işləri aparılmasına kim icazə verib?
Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən münasibət bildirmədi.
Qurumların mövqeyini drəc etməyə hazırıq.
Həmin görümtüləri təqdim edirik:
Xalq.az
Paytaxt.org bildirir ki, saytda qaldırılan problemlə bağlı Nəsimi RİH-dən açıqlama gəlib. Həmin açıqlaanı təqdim edirik:
"Qaldırdığınız məsələ ilə bağlı araşdırma zamanı məlum olmuşdur ki,həmin qeyri-yaşayış sahəsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş icarə müqaviləsinə əsasən Əliyeva Sona Tahir qızına məxsusdur.Həmin sahədə vətəndaş təmir işləri aparır."