Əyalət

2 saylı regional su-kanal idarəsinin Agsu sahəsində NƏ BAŞ VERİR - Köcəri müəllimin adamı at oynadır - VİDEO

post-img

"Azərsu” ASC-nin 2 saylı Ucar regional su-kanal idarəsinin Agsu sahəsində qanunsuzluqlar hökm sürür. İlk əvvəl ondan başlayaq ki, sahə rəisi Elcin Muxtarov gecə-gündüz xidmət etməli oldugu Agsu şəhərində özünü hakimi-mütləq sayır, aglına nə gəldi onu da edir. Təki ortada pul olsun. Onun "qoçuları" vətəndaşları saxta protokollarla cəriləmələməkdən tutmuş dürlü-dürlü şərləmə üsulları ilə rəislərinə əməlli-başlı pul qazandırırlar.

Elcin Muxtarov Agsu rayonunda əsil talançılıq siyasəti həyata keçirir. Nəticədə şəhər sakinlərinə verilən su nəinki içməyə, heç əl yumağa belə yaramır. Buna görə sakinlər öd daşı, böyrək xəstəliklərindən əziyyət çəkirlər. Agsulular içmək üçün bu sudan istifadə etməyə məhkumdurlar.

Bəli, sahənin balansında olan Quzey və Külüllü xəttlərndə olan icməli sudan səmərəli və qaydasında istifadə edilmir. Sizə təqdim etdiyimiz video-görüntülərdən də göründüyü kimi sahə rəisi Elcin Muxtarov görün hansı maxinasiyalara qol qoymaqla pul qazanır?!.  







Qeyd edək ki, 2 saylı Ucar regional su-kanal idarəsinin Agsu sahəsi 60 nəfər işci qüvvəsilə 7 minə yaxın abonentə xidmət göstərməlidir. Lakin sahənin yarıtmaz fəaliyyəti rayonda böyük narazılıga səbəb olub. Elcin Muxtarov bu idarəyə rəis təyin ediləndən sonra talançılığın sayı-hesabı yoxdur. Vətəndaşlarla kobud davranan Elcin Muxtarov və onun "qoçuları" əhali arasında kütləvi narazılıqlar yaradırlar. İş o yerə catıb ki, Elcin Muxtarov özünü "Azərsu” ASC-nin rəhbərlərindən olan Köcəri müəllimin adamı kimi təqdim edir.

Sonda Agsu şəhər sakinləri Qaynarxett.az vasitəsi ilə prezident cənab İlham Əliyevə, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət ünvanlayıb xahiş edirlər ki, talançılıq fəaliyyəti ilə vətəndaşların cibini soyan "Azərsu” ASC-nin 2 saylı Ucar regional su-kanal idarəsi Agsu sahəsinin rəisi Elcin Muxtarov və onun "qoçu" dəstəsi barədə ciddi tədbirlər görülsün.

Qarşı tərəf də öz mövqeyini bildirə bilər.

Ardı var.

Qaynarxett.az

Oxşar xəbərlər