Göygöl şəhər sakini Məmmədov Orxan Vilayət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O.Məmmədov növbədə olduğu evi ala bilməyəcyindən şikayətlənir:
"Mən, Məmmədov Orxan Vilayət oğlu, 2020-ci il sentyabr ayının 27-də Göygöl Hərbi Komissarlığı tərəfindən müharibəyə göndərilmişəm. Müharibə vaxtı ağır yaralandığım üçün qazi adına layiq görülmüşəm.
Dəfələrlə Göygöl İcra Hakimiyyətinin rəhbər şəxslərinin və digər qurumların qəbulunda olmuşam, amma mənə mənzillə bağlı heç bir köməklik göstərmirlər. Məni ev növbəsində məni 20 mininci adam yazıblar. 2 dəfə rayonda qazilərə ev paylanıldı, mənə vermədilər.
Yaşadığım evin şəkillərini göndərəcəm baxın, görün, qazi heç belə evdə yaşayarmı? Göygölün heç bir vəzifəli şəxsi mənə kömək etmir. Deyirlər ki, ağlın var idi, müharibəyə getməzdin".