Homepage / İlk dəfə: Paşinyan 1976-cı il xəritəsini göstərdi – FOTO

İlk dəfə: Paşinyan 1976-cı il xəritəsini göstərdi – FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə Azərbaycanla sərhədin demarkasiyası prosesinin aparıldığı 1976-cı il xəritəsini təqdim edib. 

Globalinfo.az xəbər verir ki, baş nazir Ermənistanın de-yure mövcud sərhədini bərpa etdiyini deyib.

N.Paşinyan Ermənistanın ilk dəfədir öz sərhədini vasitəçisiz bərpa etdiyini bildirib:


“Ümumiyyətlə, güzəştlərin olması ilə bağlı söhbətləri qəbuledilməz hesab edirəm. Ermənistan öz sərhədini bərpa edir. Bu, güzəşt deyil, uğurdur. Demarkasiya çərçivəsində ölkənin millimetr torpağından belə imtina edilməyib”.

22-05-2024, 17:34
Go back