Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə Azərbaycanla sərhədin demarkasiyası prosesinin aparıldığı 1976-cı il xəritəsini təqdim edib.
Globalinfo.az xəbər verir ki, baş nazir Ermənistanın de-yure mövcud sərhədini bərpa etdiyini deyib.
N.Paşinyan Ermənistanın ilk dəfədir öz sərhədini vasitəçisiz bərpa etdiyini bildirib:
“Ümumiyyətlə, güzəştlərin olması ilə bağlı söhbətləri qəbuledilməz hesab edirəm. Ermənistan öz sərhədini bərpa edir. Bu, güzəşt deyil, uğurdur. Demarkasiya çərçivəsində ölkənin millimetr torpağından belə imtina edilməyib”.