Nişanlı qızlara bayramlarda, eləcə də Qurban bayramında hədiyyə, qurbanlıq gətirilməsi hamıya tanışdır. Bir müddət əvvəl nişan üçün gələn oğlan evi bayramda buynuzlarına qırmızı lent bağlanmış, xına vurulmuş, üstü bəzəkli qurbanlıq qoyunlar və başqa hədiyyələrlə qız evinə qonaq gedir. Bəs bu adətin kökü haradan gəlir? Dinin buyruğudur, yoxsa milli adətdir?
Sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub “Sherg.az”a bildirib ki, nişanlı qızlara qurbanlıq qoyun aparmaq dinin buyruğu deyil, sadəcə milli adətdir:
“Qurbanlıq qoyunun aparılması imkana bağlıdır. Əgər ailənin buna imkanı çatmırsa, bunu məcburi hala gətirmək olmaz. Adətən toy, nişan və digər xeyir işləri Qurban bayramı gününə salmırlar. Çünki o bayramın müqəddəs bir anlamı var. Kimsə, toyunu, nişanını Qurban bayramı gününə təyin edirsə, bunun heç bir eyibi yoxdur”.