Türkiyənin Konya şəhərində üçmərtəbəli bina çöküb.
Paytaxt.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Selçuklu rayonunda qeydə alınıb.
Binada 3-4 nəfərin olacağı ehtimalı ilə axtarma-xilasetmə işlərinə başlanılıb.
Əraziyə AFAD əməkdaşları, ambulanslar və polis qüvvələri cəlb olunub.
Konya Valisindən açıqlama: Çökən binada 5 nəfərin olduğu ehtimal edilir
Konya valisi İbrahim Akın, Selçuklu rayonunda çökən binada 5 nəfərin olduğu barədə məlumat daxil olduğunu bildirib. Axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən vali, “İçəridə 5 nəfərin olduğu barədə məlumat var. Bu şəxsləri xilas etmək üçün çalışırıq. İstintaq davam edir, umid edirik ki, vətəndaşlarımızı itki vermədən xilas edəcəyik,” - deyə açıqlama verib.
Konya Böyükşəhər Bələdiyyə Başçısı Uğur İbrahim Altay isə X platformasından, hadisə yerində xilasetmə işlərinin davam etdiyini və nəqliyyat sıxlığına diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

