Paytaxt.org xəbər verir ki, Ərdoğan ölkəsinin mövcud dünya nizamında istənilən ssenariyə hazırlaşdığını bildirib. O qeyd edib ki, Türkiyə müdafiə sənayesi məhsullarının ixracına görə hazırda dünyada 11-ci yerdə qərarlaşıb.
Dövlət başçısının sözlərinə görə, hərbi gəmiqayırma sahəsində ölkə tarixinin ən parlaq dövrü yaşanır. O bildirib ki, bu günə qədər dünyanın müxtəlif ölkələrinə 140-dan çox dəniz platforması ixrac olunub, hazırda isə Türkiyə gəmiqayırma zavodlarında 50-dən artıq hərbi gəmi inşa edilir.
Türkiyə Prezidenti çıxışında ölkəsinə qarşı irəli sürülən ittihamlara da toxunub. Ərdoğan bildirib ki, Türkiyəyə qarşı böhtan xarakterli iddialar səsləndirən və əlləri Qəzzada əksəriyyəti qadın və uşaqlar olmaqla 73 min günahsız insanın qanına bulaşmış cinayətkar şəbəkənin ittihamlarına heç bir əhəmiyyət vermirlər.
O əlavə edib ki, Türkiyə tarixində soyqırımı, kütləvi qırğınlar, zülm və müstəmləkəçilik olmayıb. Prezidentin sözlərinə görə, minillik şərəfli tarix boyunca yalnız ədalət və mərhəmət prinsipləri rəhbər tutulub.
Musavat.com