DÜNYA / BANNER

Ukrayna gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin hava bazasın vurdu - Dağıntılar və ölənlər var/VİDEO

post-img

Ukrayna ordusu Rusiyanın Engelsdəki strateji aerodromuna daha bir  hücum edib.

Oxu24.com xəbər  verir  ki,  bu  barədə  Ukrayna teleqram kanalları məlumat yayıb.

Dekabrın 26-na keçən gecə Saratov vilayətinin Engels şəhərindəki aerodrom yaxınlığında partlayış (yaxud bir neçə partlayış) barədə məlumat yayılıb.

Rusiya Aerokosmik Qüvvələrinin hava bazası  Engelsdə yerləşir. Bazar ertəsi səhər Rusiya Müdafiə Nazirliyi aerodrom üzərində Ukraynaya məxsus pilotsuz təyyarənin vurulduğunu bildirib. Agentlik həmçinin 3 hərbçinin “düşən dağıntılar nəticəsində” öldüyünü bildirib.

 

Dekabrın 5-də Rusiya Müdafiə Nazirliyi iki Rusiya hərbi aerodromunda partlayışlar barədə məlumat verib. Aerodromlara pilotsuz təyyarələr tərəfindən hücum edilib, nəticədə 3 hərbçi həlak olub.


Tərcümə: Miri Məcidli

Oxşar xəbərlər