Dünya

ABŞ-ın “müttəfiqlərinə” xəyanəti: Vyetnamdan Suriyaya qədər təkrarlanan tarix - FOTO

post-img

İnternet məkanına istinadən ibrətamiz bir hekayəni təqdim edirik.

ABŞ Vyetnamda məğlub oldu. Personelini təxliyə etmək üçün Sayqondakı Amerika səfirliyinin damına hərbi helikopterlər endirildi. Səfirlikdəki sonuncu amerikalı əməkdaş damda idi. Bu arada, əməkdaşlıq edən vyetnamlılar da amerikalı “ağaları” tərəfindən xilas ediləcəklərinə inanaraq pilləkənə dırmaşmağa çalışırdılar. Bir amerikalı əsgər pilləkəni bir təpiklə damdan itələdi.

Digər ölkələrdə olduğu kimi, bu əməkdaşlar da illərlə xidmət etdikləri amerikalıların onları ABŞ-a aparacaqlarına o qədər əmin idilər ki…

ABŞ həm Vyetnama, həm də Əfqanıstana “azadlıq gətirmək məqsədi ilə” getmişdi. Gəldikləri kimi gedərkən “müttəfiqlərini” satdılar.

ABŞ: “Suriyada SDQ (PKK/PYD) ilə müttəfiqik. Kürdlərin qorunması lazımdır”.

Əgər dərs alınsaydı, tarix heç təkrarlanardımı?

Musavat.com



Oxşar xəbərlər