Bakı şəhərinin, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işləri aparılacaq.
Valyuta.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təmir” MMC bununla bağlı tender elan edib.
Tender aprelin 24-dək davam edəcək.
Abadlıq və yenidənqurma işlərinin ehtimal olunan qiyməti 24 999 810,01 manatdır.