Xəbər

Ərdoğan AK Partinin qapalı iclasında elə bir göstəriş verdi ki... - İLGİNC DETAL

post-img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) vilayət sədrlərinin toplantısının mətbuata qapalı keçirilən hissəsində təşkilat rəhbərlərinə fəaliyyətlərini artırmaları barədə göstəriş verib.

Paytaxt.org Türkiyə mətbuatına istinadla xəbər verir ki, qapalı iclas zamanı bölgələrdən və yerli partiya təşkilatlarından daxil olan müraciət və şikayətləri dinləyən Ərdoğan vətəndaşlarla birbaşa ünsiyyətin əhəmiyyətinə diqqət çəkib.

O, partiya üzvlərindən xüsusilə ailə ziyarətlərini artırmalarını istəyib.

Türkiyə lideri partiya rəhbərliyinin yalnız rəsmi toplantılarda və tədbirlərdə deyil, gündəlik həyatda da insanlarla bir araya gəlməsinin vacibliyini vurğulayıb.

“Ailə ziyarətlərini artıracaqsınız. Vətəndaşın dərdini öz dərdiniz biləcəksiniz. Sizi hər zaman bazarlarda, tacirlərin yanında görmək istəyirəm”, - deyə Ərdoğan bildirib.

O, AK Partinin yarandığı gündən bu günə qədər keçdiyi siyasi mübarizəyə də toxunaraq, partiya təşkilatlarını ötən illər ərzində əldə edilmiş təcrübəni və xalqla qurulan əlaqələri qorumağa çağırıb.

“Bu nöqtəyə necə gəldiyimizi unutmadan fəaliyyətinizi davam etdirəcəksiniz”, - deyə Türkiyə prezidenti vurğulayıb.Musavat.com

Oxşar xəbərlər