GÜNDƏM / BANNER

“Əli Kərimli özünü deşifrə etdi, kod adı isə “vətən xaini”dir” – SENSASİON FAKTLAR

post-img

İnsan insan olur öz hünəriylə, Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə, Azadlıq tumunu əkdi Şəhidlər.

Rəhmətlik Bəxtiyar Vahabzadənin bu möhtəşəm misralarını dinlədikcə insanın az qala damarında qanı donur. Bəli, məhz şəhidlərin qanı bahasına bu torpaqda hər zaman azadlıq toxumu əkilib, dövlətin suverenliyi və ərazi bötövlüyü qorunub. Amma təəssüflər olsun ki, öz hünəriylə insan olmağı bacarmayanlar və millətin xeyrinə-şərinə yaramayanlar da şəhid qanı ilə sulanan bu müqəddəs torpaqda gəzərək, vətənin çörəyini yeyib, suyundan içərək, düşmənə məddahlıq etməkdən çəkinməyiblər. Sapı özümüzdən olan baltaların arxadan vurduğu zərbə isə hər zaman ağır olub. Özünü “müxalifət” adlandıran, əslində isə xarici qüvvələrin, Azərbaycanı həzm etməyən dövlətlərin “maşa”sına çevrilən, ermənilərin dəyirmanına su tökən Əli Kərimli və onun ətrafındakıların atdığı atddımlar vətənini təmənnasız sevən hər kəsin hiddətinə səbəb olub. Bu anti-milli ünsürlərin hərəkətləri təkcə dövlət və dövlətçiliyə xələl gətirməklə kifayətlənmir, həmçinin şəhidlərimizin əziz xatirəsinə hörmətsizlik kimi qiymətləndirilir.

Görün milli satqın Əli Kərimli Vardanyanın Xankəndidə separatçılarla birgə təşkil etdiyi aksiyanı necə şərh edir: “Xankəndində əvvəlki izdihamlı mitinq zamanı biz özümüzə təsəlli verdik ki, aksiya iştirakçılarının əksəriyyəti Ermənistandan gətirilib. Bəs indi özümüzə necə təsəlli verə bilərik? İndi yol bağlıdır, etirazçıları Ermənistandan gətirmək mümkün deyil. Üstəlik, Xankəndindəki bu mitinq məhz Rusiyanın Qarabağa göndərdiyi Ruben Vardanyanın çağırışı və rəhbərliyi ilə baş tutub”, – Kərimli qeyd edib.

Bu şəxsin vətənə xəyanət etdiyini, erməniyə işlədiyini daha hansı faktlarla sübut etməliyik? Əslində, heç sübuta da ehtiyac yoxdur. Əli Kərimli səsləndirdiyi fikirlərlə özünü deşifrə edir, kod adı isə “vətən xaini”dir. Separatçıların, əli azərbaycanlı qanına bulaşanların 5-10 nəfərlə əleyhimizə keçirdiyi mitinqi “izdihamlı” adlandırmağın, Vardanyanı “qəhrəman” kimi təqdim etməyin başqa adı yoxdur. Bu fikirlərin erməni mediasında və Telegram kanallarında yayımlanması isə ən pik həddir.

Kərimli ölkə rəhbərinə haqsız ittihamdan da çəkinmir. O, Azərbaycan hökumətinin Qarabağ siyasətinin iflasa uğradığını vurğulamaqla əslində həyatının ən böyük səhvinə yol verir. Birincisi ona görə ki, 30 illik işğala son qoyan, Qarabağ boyda problemi həll edən, dünyanın siyasi arenasında özünəməxsus yer tutan hökumət və onun rəhbəri haqda fikir bildirmək Əli Kərimli kimi cılız və xain birinin işi deyil. İkincisi, Əli Kərimli ölkədəki müəyyən problemlərdən, məmur özbaşınalıqlardan danışsaydı, bu zaman bəlkə də onu “bağışlamaq” olardı. Amma o, birbaşa dövlət və dövlətçiliyə yönələn fikirlər səsləndiməklə, Azərbaycanı deyil, düşmən Ermənistanı seçməklə, milli mənafeyimizi tapdalamaqla iç üzünü yenidən ortaya qoydu. Necə deyərlər, “qozbeli qəbir düzəldər”. Odur ki, Əli Kərimlinin “vətən xaini” elan edilməsini və dövlətçiliyə yönəlik fikirlərinə görə cəzalandırılmasını tələb edirəm!

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Oxşar xəbərlər