Gündəm

Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ

post-img

‘’Günümüzdə mövcud stiuasiyanı bəzən dəyərləndirə bilmədən bu təhlükəni görə bilmirlər. Amma nəticə etibarı ilə hər yerdə məsələn dini qrupların dini cərayanların nümayəndələri fərqli formada orada iştirak edirlər’’.

Paytaxt.org bildirir ki,bunu "Ajans.az"a  açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, onlar artıq bəzi yerlərdə yerləşirlər.

‘’ Onsuz onlar bir-birilərinə daim dəstək olurlar. Gələcəkdə onların ciddi problemə səbəb olacaqlarını görmək mümkündür. İndinin özündə belə reallığı deyənlərə qarşı onlar əlaltılarını həyata keçirdirlər. Bir növ onları qısqırdırlar. Çünki mövzudan yayındırmağa çalışırlar. Ama diqqətli olmalıyıq. Çünkitürkiyə kimi bir ölkədə Fetö əvvəllər özlərini necə aparırdı. Müxtəlif qurumlarda necə iştirak edib haralara girmişdiklər. Bir sözlə eyni ssenarinin Azərbaycanda olmaması üçün tədbirli olmalıyıq.

Ümid edirəm ki, dövlətimiz bu məsələdən xəbərdardı ya da mövcud olan stiuasiyanı qorumağa çalışır. Bu məsələnin önünə keçmək lazımdır. Əks halda həmin məzhəb nümayəndələri öz məqsədləri üçün əllərinə güc keçən kimi qərarlar verdiyi təqdirdə problemlər yaşaya bilərik’’.

Oxşar xəbərlər