“Ermənistan cəmiyyəti növbəti referendumla ölkəmizə qarşı iddialara son qoymalıdır”.

O qeyd edib ki, Azərbaycan hökuməti praktik müstəvidə sülhə hazır olduğunu göstərib:
“Ermənistan cəmiyyəti vaxtilə indiki konstitusiyanı qəbul etməklə Azərbaycana qarşı ərazi iddiasını rəsmiləşdirib. Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılmasının zəruriliyi dəfələrlə qeyd olunub. Buna görə də Ermənistan referendum keçirərək bu iddiaları aradan qaldırmalıdır. Onu da vurğulayaq ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini göstərmək üçün Ermənistana müəyyən məhsullar göndərir”.