Ekologiya

Bakıda bu ərazi hasara alındı, yenidən ağaclar kəsildi, gecəyarı qanunsuz yerin təki qazılaraq KAMAZlarla daşınır - FOTO

post-img

Bakının "Memar Əcəmi" metrosunun yanında aparılan qanunsuz tikintinin sahəsi daha da genişləndirilib və tamami ilə hündür hasara alınıb.

Paytaxt.org-u məlumatlandıran mənbə bildirib ki, məlum tikinti şirkət aparılan işlərə maniyə yarada daha bir neçə ağacı kəsiblər. Ərazi hsara salındığı üçün diqqət çəkməyib. İddialara görə ərazidə ümumilikdə 40 yaxın ağac kəsilərək məhv edilib. Hal - hazırda hündür hasara salınmış ərazidə yerin təki icazəsiz qazılır və çıxarılan torpaq məlum olmayan ərazilərə boşaldılır. Gecə saatlarında ərazidə olan əməkdaşımız dağıdılan yerin təkindən çıxırılıb KAMAZlarla daşınan torpaqla bağlı məsul işçilərdən izahat tələb etsə də, həmin şəxslərdən biri cavab verməkdən yayınıb və "Qafar müəllimin xəbəri var" deyərək qapını bağlayıb. Özbaşınalıq və zorbalıq edən qanunsuz tikinti aparan şirkət işçiləri bilməlidirlər ki, qanunla qazılan ərazi ilə bağlı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən müvafiq icazə səndəd olmalıdır ki, həm ərazidə qazıntı aparılsın həm də qazılıb çıxarılan torpaq ayrılmış poliqona və ya digər nəzərdə tutulmuş yerlərə daşınsın!

Şəxsi maraqlarını qanunlardan üstün tutaraq, qanunsuz olaqraq yerin təkini qazıb məhv edən bürokrat tikinti şirkətinin qanunsuz əməllərinə 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Qafar Ağayev nədən göz yumur!?  Mediada yayılan faktlara baxmayaraq hələ də məlum ərazidə ekoloji terror höküm sürməkdədir.

ardı var

Günay Cəfərli

Paytaxt.org


Oxşar xəbərlər