Manşet / BANNER

Səfirliyimizə hücum edən terrorçunu zərərsizləşdirən Vasif Tağıyev kimdir? - Şuşalı, 3 uşaq atası...

post-img

Azərbaycanın İrandakı səfirliyinə edilən terror aktı zamanı cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub.

Paytaxt.org  7NEWS.az-a istinadən xəbər verir ki, həmin şəxs səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyevdir.

Əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğlu ailəlidir, üç övladı var, iki qız, bir oğlan. Vasif Tağıyev 1989-cu ildə Şuşa şəhərində anadan olub, orada qeydiyyatdadır, məcburi köçkün kimi qeydiyyatdadır. Bir bacısı, bir qardaşı var. Anası hal-hazırda həkimdir, atası təqaüddədir. 

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.

Oxşar xəbərlər