Manşet

Daha bir təyyarə QƏZAYA DÜŞDÜ: 179 nəfər ÖLDÜ, 2 nəfər sağ qaldı

post-img

Göyərtəsində 181 nəfərin olduğu Cənubi Koreyaya məxsus "Boeing 737-800" təyyarəsi Muan hava limanında uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb

Qaynarinfo xəbər verir ki, Cənubi Koreyada içərisində 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

Yanğınsöndürmə xidmətinin ilkin məlumatına əsasən, hadisə nəticəsində 179 nəfər həlak olub. Hələlik 85 nəfərin ölümü təsdiqlənib.

"Yonhap" agentliyi sağ qalanlar barədə məlumatların fərqli olduğunu bildirir. İddia edilir ki, iki qadın və bir ekipaj üzvü xilas olub. "Reuters”in məlumatına görə, iki ekipaj üzvü - bir kişi və bir qadın xilas olub.


Bildirək ki, təyyarənin göyərtəsində 181 nəfər olub.

 

Sosial şəbəkələrdə təyyarənin eniş əsnasında quş sürüsü ilə toqquşduğunu göstərən kadrlar yayılıb.

 

İlkin versiyaya görə, qəza, quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbilə baş verib.

 

Ekipaj təyyarəni gövdənin üstündə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib.

Oxşar xəbərlər