Manşet / Problem

Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri - DETALLAR

post-img

Müasir iş dünyasında şəffaflıq və ictimai hesabatlılıq uğurun əsas meyarlarından biri sayılır. Lakin bəzən böyük biznes imperiyalarının rəhbərləri bu prinsiplərlə deyil, qapalı idarəçilik və tənqidə qarşı sərt dözümsüz davranışları ilə gündəmə gəlirlər. Bu sahədə adı ən çox hallanan şəxslərdən biri də Azərbaycanın yükdaşıma və tikinti sahəsində geniş şəbəkəyə malik olduğu deyilən, ictimaiyyət arasında “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərovdur.

Xüsusilə, vaxtilə Ramiz Mehdiyevin siyasi nomenklaturasının “inkubatorunda” yetişən və onun himayəsi ilə böyük biznes rıçaqlarına sahiblənən Şamil Heydərov tənqidi özünə hələ də təhdid kimi görür. Onun mediaya qarşı aqressiv dözümsüzlüyü isə bir daha onu göstərir ki, Şamil Heydərov hələ də mənsub olduğu Ramiz Mehdiyevdən qalmış köhnə və qeyri-şəffaf idarəçilik sisteminin genetik kodlarından uzaqlaşa bilmir. 
İndi Azərbaycanda bütün sahələrdə olduğu kimi, biznes sektorunda da hesabatlılıq mədəniyyət göstəricisinə çevrilib. Ancaq özünü hələ də “toxunulmaz” hesab edən Şamil Heydərov nədənsə bu reallığı qəbul etmək istəmir. Onun fəaliyyət modelində şəffaflıq və sağlam tənqidə dözümlülük yox, Ramiz Mehdiyev kimi medianı hədələmək yolunun üfüqü tutulur. Bu, heç də təsadüfi deyil.
Ramiz Mehdiyevdən qalmış köhnə və qeyri-şəffaf idarəçilik sisteminin genetik kodlarından uzaqlaşa bilmir. Bu gün Şamil Heydərovun inşa etdirdiyi binaların onlarla sakini sözügedən evlərdən yığılan pulların qeyri-şəffaf xərclənməsindən, burada göstərilən xidmət keyfiyyətlərinin çox aşağı səviyyədə olmasından şikayətçidir. İş adamı vaxtilə həmin binalardan sakinlərə baha qiymətə evlər satarkən, vətəndaşlara “rahat həyat” vədləri vermişdi. Belə vətəndaşlardan olan Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binanın sakinləri deyir ki, yağışlı havalarda binanın qarajını su basır, ərazidə hərəkət etmək çətinləşir. Binaya cavabdeh olan şəxslər isə problemin aradan qaldırılması üçün lazımi addımlar atmaq istəmirlər. İllərdir davam edən bu cür problemlər sakinlərin səbr kasasını daşdırıb, onlar nəhayət üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kütləvi şəkildə Demokrat.az-a müraciət edirlər…

Oxşar xəbərlər