Suriyada rejimə qarşı silahlı müxalif qruplar Hələb və İdlibi ələ keçirdikdən sonra Həmanın mərkəzinə də çatıb, əməliyyatlarla bağlı görüntüləri paylaşmağa davam edirlər.
Musavat.com xəbər verir ki, Hanaser qəsəbəsində 30 rejim əsgərinin əsir alındığını bildirən müxaliflər həmin anları mobil telefonla çəkərək yayıblar.
İnternetdə yayılan görüntülərdə müxalif döyüşçülərdən birinin yan-yana düzülmüş rejim əsgərlərini göstərərək müharibəni qazanacaqları ilə bağlı mesaj verdiyi görünür.