Tribuna / Xəbər

Hüquq müdafiəçisi Rüfət Səfərova iki maddə üzrə ittiham irəli sürülüb - RƏSMİ

post-img

Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.

Paytaxt.org  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyi Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.

Bununla bağlı araşdırma aparılır.

***

Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Paytaxt.org xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov APA-ya açıqlamasında bildirib.

Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.

Oxşar xəbərlər