Problem

Sumqayıt şəhər 15 nömrəli məktəbdə maddi maraq qarşılığında görün nələr olur - NARAZILIQ

post-img

Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində kütləvi narazılıqlara var.  Həmin narazılıqlarla bağlı paylaşım sosial şəbəkədə geniş müzakirə mövzusuna çevirib.


Qeyd olunub ki, məktəbdə baş alıb gedən qanun pozuntusu və özbaşınalıqlar edən təsərrüfat işləri və təlim-tərbiyə üzrə müavinlər vəzifələrindən azad edilib, məktəbin direktoru Elmira Yaqubova isə heçnə olmamış kimi vəzifəsindədir.


"Məktəbdə dərs bölgüsü və digər səlahiyyətlərin birbaşa direktorun nəzarətində olduğu nəzərə alınarsa, o niyə yoxlama nəticələrindən kənarda qalıb?", - deyə sual olunub. Edilən paylaşımda məktəbdəki qanunsuz fəaliyyətlər barədə iddialar da gündəmə gəlib. İddia olunub ki, ikinci növbədə məktəbin yuxarı mərtəbələrində, demək olar ki, dərs keçilmir:


"Qaydalara görə, II, III, IV, V, VI və VII siniflər ikinci növbəyə salınmalı olduğu halda, bəzi siniflər maddi maraq qarşılığında birinci növbəyə keçirilib. Nəticədə məktəbin ikinci və üçüncü mərtəbələrində olan siniflər həmin məktəbdə işləyən və işləməyən müəllimlərə repetitorluq fəaliyyəti göstərmələri üçün icarəyə verilib. Həmin müəllimlər isə öz növbəsində bu məktəbin şagirdləri ilə yanaşı digər məktəb şagirdlərinə də orada həmin siniflərdə repetitorluq edirlər".


Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbind maliyyə yoxlanılmalarına etiyac var. Yoxsa məktəbdə daha çox qanunsuzluqlar olacağına şübhə yoxdur. Paytaxt.org


Oxşar xəbərlər