Problem

AQTA sədri və qardaşından şikayət: AÇIQLAMA VERİLMİR

post-img

Bakının Nərimanov rayonu, Keşlə qəsəbəsində torpaq sahəsi ilə bağlı sakinlərin narazılığı davam edir.

Redaksiyaya müraciət edən sakinlərdən biri ərazinin “6-cı Mərtəbə” şirkəti tərəfindən qanunsuz olaraq özəlləşdirildiyini iddia edib.

Şikayətçi yaranmış mübahisə ilə bağlı ilk növbədə “6-cı Mərtəbə” şirkətinin rəhbəri Ataş Təhməzovun adını çəkərək ondan şikayətçi olduğunu bildirib. O, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzovun və onun qardaşı olduğu bildirilən, MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovun da adlarının hallandığını iddia edib. 

Şikayətçinin sözlərinə görə, ərazidə yaşayan ailələrə vaxtilə başqa sahədə yerləşdirilmələri vəd edilib. Hətta dörd ailənin yaşaya biləcəyi evin tikilərək onlara verilməsinin nəzərdə tutulduğu iddia olunur. Lakin sonradan ərazi hasara alındıqdan sonra sakinlərdən bu vədin sübut edilməsinin tələb olunduğu bildirilir.

Sakin iddia edir ki, hazırda onlardan ərazini tərk etmələri tələb olunur. O, həmçinin torpaq sahəsinin bir hissəsinin yol çəkilişi ilə əlaqədar satıldığını, bunun üçün 2 milyon manat ödənildiyini eşitdiklərini söyləyib.

Paytaxt.org bildirir ki, əsələ ilə bağlı Ajans.az həm “6-cı Mərtəbə” şirkətinə, həm də AQTA-ya sorğu ünvanlayıb.

 Lakin redaksiyanın sualları cavabsız qalıb.



Oxşar xəbərlər